Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü Moldovaya qarşı keçirib.
Bizim.Media xəbər verir ki, Almaniyanın Paderborn şəhərindəki "Benteler Arena"da təşkil olunmuş qarşılaşma "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Burak Yılmaz 58-ci, Cengiz Ünder isə 77-ci dəqiqələrdə vurub.
Bu, Türkiyə millisinin AVRO-2020 öncəsi üçüncü yoldaşlıq oyunu olub. Şenol Güneşin baş məşqçi olduğu kollektiv daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki. "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.
Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:08 / 04.06.2021
Türkiyə Moldovanı məğlub etdi - İyunun 16-da Bakıda top qovacaqlar - VİDEO
Hazırda oxunan: Türkiyə Moldovanı məğlub etdi - İyunun 16-da Bakıda top qovacaqlar - VİDEO
Hazırda oxunan: Türkiyə Moldovanı məğlub etdi - İyunun 16-da Bakıda top qovacaqlar - VİDEO
23455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.