“Çelsi” 16 yaşlı qazaxıstanlı futbolçu transfer etdi

“Çelsi” 16 yaşlı qazaxıstanlı futbolçu transfer etdi

Hazırda oxunan: “Çelsi” 16 yaşlı qazaxıstanlı futbolçu transfer etdi

234144

"Kayrat" ilə "Çelsi" 16 yaşlı hücumçu Dastan Satpayevin transferi ilə bağlı razılığa gəliblər. 

Bizim.Media xəbər verir ki, qazaxıstanlı futbolçu 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra ingilis klubuna keçəcək.

Həmin vaxta qədər o, "Kayrat"da oynamağa davam edəcək.
 

Qazaxıstanın Gənclər Liqasında iki mövsüm ərzində 28 oyun keçirən Satpayev, 26 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Birinci Liqada da 5 oyun keçirib və qələbə qoluna imza atıb. UEFA Gənclər Liqasında isə 4 oyun keçirib, bir qol və bir məhsuldar ötürmə edib.


Keçən ilin mayında, 15 yaşında Satpayev əsas komandada debüt edərək, "Kayrat"ın tarixində ən gənc debüt edən futbolçu olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO