"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Luka Modriçə daha çox oyun vaxtı vermək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssis 39 yaşlı yarımmüdafiəçinin daha çox oynamaq istədiyini bilir. Həmçinin o özü də xorvatiyalı futbolçunu komandada əsas rollardan birini vermək istəyir.
Lakin Madrid klubunun prezidenti Florentino Peres və rəhbərliyin digər nümayəndələri buna qarşıdırlar. Onlar Modriçin rolunu vacib dəyərləndirsələr də, onun artıq mühüm görüşlərdə əsas fiqur ola bilməyəcəyini hesab edirlər.
Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real"ın heyətində 34 oyuna çıxaraq 3 qol vurub və 6 qolun ötürməsini edib.
Bizim.Media
![Peres Ançelotti ilə RAZILAŞMADI Peres Ançelotti ilə RAZILAŞMADI](https://bizim.media/file/articles/2025/02/08/1739043797_5278500629553214487.jpg)
- A-
- A
- A+
İdman
07:30 / 09.02.2025
Peres Ançelotti ilə RAZILAŞMADI
Hazırda oxunan: Peres Ançelotti ilə RAZILAŞMADI
Hazırda oxunan: Peres Ançelotti ilə RAZILAŞMADI
233901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.