Albaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” bu gün səfərdə “Bylis”ə qarşı ilk matçda qələbə (3:1) qazanıb.
Qonaqların heyətində 25-ci dəqiqədə Serxo Ujka, 36 Daniel Uotlayi və 67-ci dəqiqədə Redi Kasa fərqlənib. Meydan sahiblərinin gücü yalnız matçın 68-ci dəqiqədə Flamur Luçinin vurduğu təsəlli qoluna çatıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Zamiq, 47-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olan Uotlayinin yerinə meydana çıxıb.
Qeyd edək ki, tərəflər arasında cavab matçı fevralın 26-sı saat 16:30-da keçiriləcək.
Bizim.Media