“Turan Tovuz” Oto Conun transferindən nə qədər QAZANIB?

“Turan Tovuz” Oto Conun transferindən nə qədər QAZANIB?

Hazırda oxunan: “Turan Tovuz” Oto Conun transferindən nə qədər QAZANIB?

233008

“Turan Tovuz” klubunun Oto Conu hansı məbləğə satdığı müəyənləşib. 

Bizim.Media xəbər verir ki, qərblilər 27 yaşlı nigeriyalını təxminən 150-200 min dollara satıb. 

2023-cü ilin yayında Tovuz klubuna gələn hücumçunun anlaşması mövsümün sonunda birməli idi. Yeni müqavilə imzalamayan forvard, aldığı təkliflərdən birini dəyərləndirmək niyyətində idi.

Amma klubu onu azad agent kimi itirməkdənsə, elə indi sataraq pul qazanmağı lazım bilib.

“Turan Tovuz”un tələb etdiyi pulu yalnız “Al Madina” ödəməyə razılaşıb. Liviya klubu Oto Conun özünü də razı saldığından, anlaşma reallaşıb. Nigeriyalı yeni klubunda aya 25 min dollar maaş alacaq. 

Qeyd edək ki, bu, onun Azərbaycanda qazandığından bir neçə dəfə çoxdur.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO