16 yaşlı idmançı: “Çox keçmədi ki, digər yoldaşlarımdan fərqləndim” - FOTO

16 yaşlı idmançı: “Çox keçmədi ki, digər yoldaşlarımdan fərqləndim” - FOTO

Hazırda oxunan: 16 yaşlı idmançı: “Çox keçmədi ki, digər yoldaşlarımdan fərqləndim” - FOTO

232927

Bölgələrimizdə gənclər  idmanın bir çox növü ilə məşğul olur. Amma  avarçəkmə növünə çox nadir hallarda rast gəlmək olur.

Bizim.Media-nın gənclər günündə  müsahibi mingəçevirli gənc - avarçəkmə idman növündə   bir sıra nailiyyətlərə imza atmış Əlmurad Hacızadədir. 

Əlmuradın 16 yaşı var. Deyir ki, bu idman növü ilə il yarımdır məşğul olur:

“Kayak növü ilə  məşğul olmağa 2023-cü ilin may ayından başladım. Mingəçevir Təhsil sektorunun nəzdində fəaliyyət göstərən UGİŞM-nin avarçəkmə bölməsinə yazıldım. Məşqçimiz Namiq Əzizovun rəhbərliyi ilə  bu maraqlı idman növünün əlifbasını, sirlərini öyrənməyə başladım.

Çox həvəslə məşqlərimi davam etdirdim. Bu əzmkarlığımın və idmana olan həvəsimin nəticəsində çox keçmədi ki, digər yoldaşlarımdan fərqlənməyə başladım. Əlbəttə, avarçəkmə çətin idman növüdür. Bu idman növü üçün  güc, dözümlülük, sürət, cəldlik fiziki keyfiyyətlərlə yanaşı iradi keyfiyyətlərdə vacib amillərdəndir. Avarçəkmə idmanı mübarizlik, əzmkarlıq nümayiş etdirən idman növü sayılır”.

Əlimurad Hacızadənin sözlərinə görə, bu idman növünə həvəs onda uşaqlıqdan yaranıb. 

Bildirir ki, uşaqikən həmişə anası ilə Mingəçevir şəhərinin "Kür" OTİM- nə gəlib canlı şəkildə tamaşaçılar üçün ayrılmış tribunadan yarışları izləyib. Nəhayət, o qərara alır ki, avarçəkmə ilə məşğul olsun. Yoldaşları onun üçün yaşının gec olduğunu desələr də, o, bu istəyindən əl çəkmir. Ailəsinin dəstəyi ilə avarçəkmə ilə məşğul olmağa başlayır.

O, qısa zamanda nailiyyəttlər əldə edir. 2024-cü ilin idman yekunlarına görə nailiyyətləri çox yüksək olur.

2024-cü ilin iyun ayının 1-də Qazaxıstanın Uralsk şəhərində keçirilən Beynəlxalq yarışda 1-ci yeri qazanır. Daha sonra Slovakiyanın paytaxtı Bratislava şəhərində Yeniyetmələr və Gənclər arasında Avropa çempionatında 5-ci, Türkiyənin Əskişəhər "Durğunsu" Beynəlxalq turnirdə K-1.200m.500m.məsafələrdə l-ci, Rusiyanın Barnaul şəhərində keçirilən Beynəlxalq yarışda  K-1.200 m.1000m. l-ci yeri qazanır.

Əlimurad ölkədaxili çempionatlarda bir neçə dəfə ilk yerləri qazanır.

O, hazırda məşqlərini  bacarıqlı məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə davam etdirdiyini bildirib, 2025-ci ildə də uğurlar qazanmaq əzmində olduğunu deyib.










Leyla Vəfadarqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO