İtaliyanın "Yuventus" klubunda ayrılıq gerçəkləşib.
Bizim.Media xəbər verir ki, Turin təmsilçisi kapitan Danilo ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Yuventus" Danilonu 2019-cu ilin yayında "Mançester Siti"dən transfer etmişdi. Braziliya millisinin sabiq üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:25 / 27.01.2025
“Yuventus” kapitanı ilə yollarını AYIRDI
Hazırda oxunan: “Yuventus” kapitanı ilə yollarını AYIRDI
Hazırda oxunan: “Yuventus” kapitanı ilə yollarını AYIRDI
232006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.