“Qalatasaray” Türkiyə millisinin və “Vesterlo”nun üzvü Doğucan Haspolatı transfer etməyi planlaşdırır.
Bizim.Media "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə çempionu 24 yaşlı futbolçu üçün artıq Belçika klubu ilə danışıqlara başlayıb.
Türkiyənin əsas millisinə də dəvət edilmiş yarımmüdafiəçi “Vesterlo”ya məxsusdur. “Ekselsior”, “Kasımpaşa” və “Trabzonspor”da oynadıqdan sonra futbolçunun 2023-cü ildən “Vesterlo” karyerası başlayıb.
24 yaşlı yarımmüdafiəçinin “Vesterlo” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Onun transfer dəyəri 4 milyon avrodur.
Rəşad Rafiqoğlu, Bizim.Media