"Fənərbağça"nın futbolçusu Linkoln Enrike karyerasını İngiltərədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Hall Siti" braziliyalı hücumameyilli yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçiu mövsümün ikinci yarısını Çempionşip təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Fənərbağça" Linkoln Enrikeni 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer edib. "Sambaçı" ötən il icarə əsasında ölkəsində "Braqantino"nun formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media