Azərbaycan milli komandasının və "Ankaragücü"nün hücumçusu Renat Dadaşov karyerasını ölkəmizdə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Türkiyə klubu Renatla yollarını ayırmaq istəyir. 25 yaşlı forvardın hətta qışda Azərbaycana gəlmək ehtimalı yaranıb.
Belə ki, Renatla maraqlanan klublarımızdan biri “Neftçi”dir. “Ağ-qaralar” hücum xəttini məhz millimizin forvardı ilə gücləndirməyi götür-qoy edir. Amma Renatın karyerasını bu klubda davam etdirib-etdirməyəcəyi də hələlik bəlli deyil.
Qeyd edək ki, Renat Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, paytaxt klubuna 2024-cü il avqustun 8-də keçmişdi.
Renat "Eştoril", "Vulverhempton", "Pakoş de Ferreyra", "Qrasshoppers", "Tondela", "Hatayspor" klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:24 / 19.01.2025
“Neftçi” millimizin üzvünü transfer etmək istəyir
Hazırda oxunan: “Neftçi” millimizin üzvünü transfer etmək istəyir
Hazırda oxunan: “Neftçi” millimizin üzvünü transfer etmək istəyir
230711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.