Türkiyə Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" doğma meydanda "İskenderun"u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Millimizin üzvləri də bu görüşün iştirakçısı olub. Həm əsas millisinin hücumçusu Renat Dadaşov, həm də U-19-un üzvü Həsən Nəzərli matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:33 / 07.01.2025
Futbolçularımız oynadı, “Ankaragücü” heç-heçə etdi
Hazırda oxunan: Futbolçularımız oynadı, “Ankaragücü” heç-heçə etdi
Hazırda oxunan: Futbolçularımız oynadı, “Ankaragücü” heç-heçə etdi
228943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.