“Kəpəz”in gürcüstanlı futbolçu Rati Ardazişvili ilə anlaşdığını xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, oyunçu artıq klubun düşərgəsindədi.
Rati komanda ilə məşqlərə qoşulub.
Xatırladaq ki, yarımmüafiəçiylə mövsüm sonuna qədər müqavilə bağlanıb. 26 yaşlı oyunçu son olaraq ölkəsinin “Samtredia” klubunda çıxış edib.
Ardazişvili Gürcüstanın U-17, U-19 və U-21 millilərinin üzvü olub.
Rəşad Rafiqoğlu, Bizim.Media