"Qarabağ" 2024/25 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Bizim.Media xəbər verir ki, 2025-ci ilin ilk məşqi “Azersun Arena”da baş tutub.
Futbolçular öncə fitnes hazırlıq keçib, ardınca toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra komandaya qoşulan Aleksey İsayev, Bəhlul Mustafazadə və Kevin Medina kollektiv hazırlıqlara qatılıblar.
Bədavi Hüseynov isə müalicə-bərpa prosesini davam etdirir.
Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq. "Qarabağ" ayın 17-də “Şamaxı” ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:06 / 03.01.2025
“Qarabağ” hazırlığa BAŞLADI
Hazırda oxunan: “Qarabağ” hazırlığa BAŞLADI
Hazırda oxunan: “Qarabağ” hazırlığa BAŞLADI
228367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.