"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski "Fiorentina"dan sonra daha bir klubun diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, "Frayburq" polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Almaniya klubu 25 yaşlı oyunçu üçün "Fənərbaxça"ya 15 milyon avroluq rəsmi təklif göndərib. İstanbul nəhəngi hələ ki, bu təklifə cavab verməyib.
Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:22 / 28.12.2024
Almaniya klubundan “Fənərbağça”ya 15 milyonluq təklif
Hazırda oxunan: Almaniya klubundan “Fənərbağça”ya 15 milyonluq təklif
Hazırda oxunan: Almaniya klubundan “Fənərbağça”ya 15 milyonluq təklif
227528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.