Türkiyə 1-ci liqasının komandası "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz nəticələrinə görə tərəflər müqaviləyə xitam verməyə qarşılıqlı razılıq verib.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Ankaragücü"ndə çıxış edir.
Xatırladaq ki, Kenan Koçak kluba sentyabrda təyin olunmuşdu.
Bizim.Media