"İnter Mayami"nin hücumçusu Lionel Messi ABŞ klubunu tərk edərək "Mançester Siti"yə keçə bilər.
Bizim.Media xəbər verir ki, “Tuttosport” bu barədə məlumat yayıb.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın argentinalının transferində maraqlı olduğu vurğulanır.
İspaniyalı son 11 oyunda cəmi bir qələbə qazanan komandasının nəticələrini yaxşılaşdırmaq üçün Messini mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Bildirilib ki, “İnter Mayami”nin sahiblərundən biri olan Devid Bekhem İngiltərə Premyer Liqasında gücünü sınamaq istəyəcəyi halda futbolçunu buraxmağa hazırdır.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayında azad agent kimi Fransa PSJ-sindən "İnter Mayami"yə keçib. Bu müddət ərzində argentinalı futbolçu klubda 39 oyun keçirib, 34 qol vurub və 19 məhsuldar ötürmə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media