İngiltərənin "Mançester Yunayted" klubu müqaviləsi mövsümün sonuna başa çatan Amad Diallo ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa klubu Fil Dişi Sahili millisinin üzvünü uzun müddət komandada saxlamaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Yunayted" 22 yaşlı vingerlə yeni sözləşmə imzalamağı planlaşdırır. Artıq futbolçu ilə müqavilə barədə danışıqlara start verilib.
Qeyd edək ki, "Mançester Yunayted" Amad Diallonu 2021-ci ilin yanvar ayında "Atalanta"dan transfer edib. Afrikalı oyunçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:49 / 18.12.2024
“Mançester Yunayted” gəcn ulduzu ilə bağlı qərarını verdi
Hazırda oxunan: “Mançester Yunayted” gəcn ulduzu ilə bağlı qərarını verdi
Hazırda oxunan: “Mançester Yunayted” gəcn ulduzu ilə bağlı qərarını verdi
225940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.