Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, komandanı Ömer Erdoğan çalışdıracaq. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hələlik 47 yaşlı mütəxəssislə bağlanan müqvilənin müddəti açıqlanmayıb.
Son iş yeri "Alanyaspor" olan Erdoğan "Fatih Karagümrük", "Hatayspor", və "Ankaragücü"nü də çalışdırıb.
Qeyd edək ki, "Sivasspor" Superliqada 16 turdan sonra 18 xalla 13-cü pillədə qərarlaşıb.
Bizim.Media