"Real"ın baş məşqçisi Karlo Ançelotti 2025-ci ilin yayında klubu tərk edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Roma" klubu mütəxəssislə yaxından maraqlanır. A seriyası təmsilçisi Ançelottinin "Real"dakı son problemlərindən yararlanmağa hazırdır.
"Roma"nın hazırkı baş məşqçisi Klaudio Ranyeri komandanı uzun müddət çalışdırmağı planlaşdırmır. O, klubda tezliklə rəhbər vəzifələrdən birini tutacaq. "Roma" isə baş məşqçi vəzifəsini Ançelottiyə təklif etmək istəyir.
Qeyd edək ki, Karlo Ançelotti futbolçu karyerası ərzində 8 mövsüm "Roma"da oynayıb.
Bizim.Media