"Bavariya" Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Güler ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə “Defensa Central məlumat yayıb.
“Bavariya” rəhbərliyi “kral klubu”na oyunçu mübadiləsini təklif edib. Münhen təmsilçisi türkiyəli oyunçunu 35 yaşlı Tomas Müllerlədəyişmək istəyib. Lakin "Real" prezidenti Florentino Peres müqavilənin bu variantını rədd edib.
Qeyd edək ki, Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız ötən qış komandada debüt edə bilib. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 18 matçda iştirak edib, 1 qol və 1 qol ötürməsinə imza atıb.
Mətbuatda futbolçunun az oyun şansı aldığına görə klub rəhbərliyindən icarəyə göndərilməyi tələb etdiyi haqda məlumatlar yayılmışdı. Daha sonra isə komandanın baş məşqçisi Karlo Ançelotti öz açıqlamasında Gülerin "Real"da qalacağını bildirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 15.12.2024
"Bavariya" Arda Gülerin əvəzinə Tomas Mülleri TƏKLİF ETDİ
Hazırda oxunan: "Bavariya" Arda Gülerin əvəzinə Tomas Mülleri TƏKLİF ETDİ
Hazırda oxunan: "Bavariya" Arda Gülerin əvəzinə Tomas Mülleri TƏKLİF ETDİ
225298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.