Azərbaycan futbolçuları bu gün Türkiyə yığması ilə görüşəcək

Azərbaycan futbolçuları bu gün Türkiyə yığması ilə görüşəcək

Hazırda oxunan: Azərbaycan futbolçuları bu gün Türkiyə yığması ilə görüşəcək

22529

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq.

Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək.

Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.

Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu.

Yoldaşlıq oyunu, saat 21:00. Türkiyə - Azərbaycan

Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo)

Alanya, Oba stadionu.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO