Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi

Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi

Hazırda oxunan: Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi

22521

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət birinci matçda Niderland təmsilçisi Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib.

Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb.

Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşması isə heç-heçə ilə başa çatıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO