PSJ Enrike ilə bağlı qərarını verdi

PSJ Enrike ilə bağlı qərarını verdi

Hazırda oxunan: PSJ Enrike ilə bağlı qərarını verdi

223593

Çempionlar Liqasında uğursuz nəticələr qazanan PSJ baş məşqçisi Luis Enrikenin gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Paris təmsilçisinin rəhbərliyi Enrikeni tam dəstəkləyir. 

Klub əvvəlki səhvləri təkrarlamaq istəmir.

Xəbərdə qeyd olunur ki, PSJ-də məşqçi dəyişikliyindən söhbət gedə bilməz. Üstəlik, paytaxt klubu Enrikenin istəyi ilə qış transfer pəncərəsində heyəti gücləndirmək niyyətindədir.
 

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayında PSJ-ni çalışdırır. Mütəxəssis əvvəllər "Roma", "Selta", "Barselona" və İspaniya millisinə rəhbərlik edib.


PSJ hazırda Liqa 1-in turnir cədvəlində 33 xalla 1-cidir. Komanda Çempionlar Liqasında isə "Jirona"ya qalib gəlib (0:1), PSV ilə heç-heçə edib (1:1),  "Arsenal"a (0:2), "Atletiko"ya (1:2) və "Bavariya"ya (0:1) uduzub. Fransa klubu hazırda turnir cədvəlində 4 xalla 26-cıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO