Avrokubokların Liqa mərhələlərində bu həftə keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gün Avropa Liqasının 5-ci turunda evdə "Lion"la qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkəmiz 19,625 xalla 27-cidir.
26-cı yerdəki Rumıniyanın aktivində 20.375 xal var. 28-ci pillədəki Bolqarıstan isə 19.375 xala malikdir.
Azərbaycanın cari mövsümdəki qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqinə “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal yazdırıb.
Qardaş ölkə Türkiyə 10-cu yerdədir. "Ay-ulduzlular"ın 40.100 xalı var.
UEFA reytinqində lider İngiltərədir – 97,035 xal.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 30.11.2024
UEFA-nın son reytinqində Azərbaycan
Hazırda oxunan: UEFA-nın son reytinqində Azərbaycan
Hazırda oxunan: UEFA-nın son reytinqində Azərbaycan
223034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.