"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la keçirilən oyundan (3:3) sonrakı görüntüsü ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, mütəxəssis öz İnstagram səhifəsində (History bölümü) bildirib:
"Dünən gecə mətbuat konfransının sonunda üzümdəki cızıqla bağlı verilən sual məni təəccübləndirdi. Mən cavab verdim ki, iti dırnağım təsadüfən burnumu cızıb. Cavabımda ciddi problem olan özünə xəsarət yetirməyi işıqlandırmaq niyyətim yox idi. Bilirəm ki, bir çox insan hər gün mental xəstəliklərlə mübarizə aparır".
Qeyd edək ki, sözügedən oyundan sonra Qvardiolanın burnunun üstündə qanlı yara, alnında isə çoxlu qızartı olub.
Matçdan sonra keçirilən mətbuat konfransında ona burnundakı çapıqla bağlı sual ünvanlanıb. İspaniyalı mütəxəssis isə matçın gedişində epizodların birində dırnağı ilə burnunu cızdığını bildirib.
Bizim.Media