"Tottenhem" futbolçusu Rodriqo Bentankurun cəzalanması ilə bağlı apellyasiya şikayəti verib.
Bizim.Media xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Klub açıqlamasında İngiltərə Futbol Assosiasiyası tərəfindən tətbiq olunan cəzanın həddindən artıq ağır olduğunu hesab etdiyini bildirib.
Xatırladaq ki, "Tottenhem"in futbolçusu Rodriqo Bentankur Uruqvay televiziyasının proqramlarından birində komanda yoldaşı Son Hın-Min haqqında "Son və ya onun qohumlarından biri... Koreyalıların hamısı bir-birinə bənzəyir" sözlərini işlətdiyinə görə 7 oyunluq cəzalandırılıb.
Sonun özü də komanda yoldaşı ilə arasının yaxşı olduğunu bildirsə də, bu zarafat irqçi ifadə kimi hesab olunub.
Bizim.Media