"Turan Tovuz" baş məşqçi Kurban Berdiyevin köməkçisi Cavid Hüseynovla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, 36 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Cavid Hüseynovun "Səbail"in baş məşqçisi təyin olunacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media