İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Orelyen Çuameni sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu Çempionlar Liqası Liqa fazasının 4-cü turunun "Milan"la matçında ayağından zədə alıb. 24 yaşlı orta xətt oyunçusunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.
Qeyd edək ki, Orelyen Çuameni bu mövsüm "Real"ın heyətində 15 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media