Qarabağ"la oyun asan olmayacaq.
Bizim.Media xəbər verir ki, bunu "Budyo Qlimt" komandasının baş məşqçisi Hyetil Knutsen Norveçdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:
"Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var".
Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi "Ayaks"a uduzmasını (0:3) xatırlayıb:
"11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:44 / 06.11.2024
Norveç klubunun baş məşqçisindən "Qarabağ"la bağlı AÇIQLAMA
Hazırda oxunan: Norveç klubunun baş məşqçisindən "Qarabağ"la bağlı AÇIQLAMA
Hazırda oxunan: Norveç klubunun baş məşqçisindən "Qarabağ"la bağlı AÇIQLAMA
219526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.