"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyun təqviminin sıxlığından narazalığını bildirib.
Bizim.Media insayder Fabrizio Romanonun sosial şəbəkələrinə istinadən xəbər verir ki, o deyib:
"Bəlkə də, biz klubararası dünya çempionatının son mərhələlərini oynayacağıq... Və yenə də 70-ə yaxın oyun keçirəcəyik. 70 oyun basketbolun təqviminə bənzəyir. Amma basketbolda 4 ay tətil olursa, bizdə 3 həftədir".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 23 xalla 2-ci yerdədir. Cədvələ 25 xalla "Liverpul" başçılıq edir.
Bizim.Media