"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Şarl Lekler 5000 avro cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.
27 yaşlı sürücünün cərimələnməsinə səbəb Meksika Qran-prisi zamanı əsas yarışdan sonra keçirilən mətbuat konfransında nalayiq ifadələr işlətməsidir.
Əgər Lekler qarşıdakı bir il ərazində yenidən oxşar addım atarsa, daha 5000 avro cərimə olunacaq.
Bizim.Media