UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, O. Hüseynzadə UEFA Çempionlar Liqasının IV turu çərçivəsində noyabrın 5-də keçiriləcək PSV (Niderland) – “Jirona” (İspaniya) görüşünün UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Eyndhoven şəhərində yerləşən PSV stadionunda keçiriləcək.
Bizim.Media