AFFA bu futbolçunu milliləşdirmək İSTƏYİR

AFFA bu futbolçunu milliləşdirmək İSTƏYİR

Hazırda oxunan: AFFA bu futbolçunu milliləşdirmək İSTƏYİR

218203

AFFA daha bir futbolçunu milliləşdirmək istəyir.

Bizim.Media xəbər verir ki, söhbət Rusiyanın SKA klubunda çıxış edən İslan İmamovdan gedir.
 

Federasiya 23 yaşlı qapıçı ilə danışıqlara start verib. Qolkiper özü də Azərbaycan milli komandasında çıxış etməyə isti yanaşır. Danışıqlar uğurla yekunlaşsa, İmamov gələcəkdə yığmamızın formasını geyinə bilər.


İslam İmamov Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. Onun anası azarbaycanlı, atası isə rusiyalıdır.

Qeyd edək ki, İslam İmamov SKA-ya 2022-ci ilin yayında "Kuban Holdinq"dən keçib. Qapıçının Xabarovsk təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, cari mövsümdə Rusiya 1-ci Divizionunda 13 matçda iştirak edib. "Transfermrkt" saytında futbolçunun dəyəri 400 min avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO