Azərbaycanlı məşqçi Albaniya klubundan AYRILDI

Azərbaycanlı məşqçi Albaniya klubundan AYRILDI

Hazırda oxunan: Azərbaycanlı məşqçi Albaniya klubundan AYRILDI

218166

Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya klubu “Biliş”dən birdəfəlik və rəsmən ayrılıb. 

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl Albaniyadan ayrılaraq Bakıya qayıdan mütəxəssis müqaviləsinə də xitam verib.
 

Buna səbəb isə klub rəhbərliyinin müqavilə şərtlərinə əməl etməməsi olub. Belə ki, albanlar Quliyevə müqavilədə qeyd olunmuş və əvvəlcədən nəzərdə tutulmuş məbləği verməyib.


Ona söz verilsə də, sonda həmin maaşı ödəməkdən boyun qaçırıblar. Ona görə də, Quliyev sonda "Biliş"lə mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib. Millimizin veteran üzvünün karyerasını harada davam etdirəcəyi hələ ki, dəqiq deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO