“Mançester Siti” 52-ci ev oyununu məğlubiyyətsiz başa vurdu - VİDEO

“Mançester Siti” 52-ci ev oyununu məğlubiyyətsiz başa vurdu - VİDEO

Hazırda oxunan: “Mançester Siti” 52-ci ev oyununu məğlubiyyətsiz başa vurdu - VİDEO

218025

“Mançester Siti”nin İngiltərə Premyer Liqasında uğurlu oyunlar seriyası davam edir.

Bizim.Media xəbər verir ki, “şəhərlilər” son olaraq 9-cu turda ötən gün “Sauthempton”u evdə məğlub edib – 1:0.

Komanda Premyer Liqada artıq 52-ci ev oyununu məğlubiyyətsiz başa vurub. Xosep Qvardiolanın komandası sonuncu dəfə 2022-ci ilin noyabrında “Etihad”da “Brentford”a məğlub olub – 1:2.

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqada 9 turdan sonra 23 xalla liderdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO