Dünya çempionumuz: Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu

Dünya çempionumuz: Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu

Hazırda oxunan: Dünya çempionumuz: Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu

218015

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında qızıl medal qazanan Jalə Əliyeva (57 kq) vətənə qayıdıb.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan qadın güləşi tarixində bu yaş qrupunda dünya çempionu olan ilk qadın güləşçimiz ünvanına sahib çıxan Əliyeva üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda brifinq keçirilib.
Jurnalistlərin suallarını cavablandıran Jalə bunları deyib:
 

“Dünya çempionu olduğum üçün çox sevinirəm. Düzdür, bu, mənim ilk uğurum deyil. Ancaq ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım.


Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu. Qarşılaşmaya çox yaxşı başlamışdım. Sonra o cəld olduğu üçün çox yoruldum. Amma yekunda qələbə qazana bildim.

Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara daha da yaxşı hazırlaşmaqdır. Avropa və dünya çempionatlarına, Olimpiya Oyunlarına hazırlaşmalıyam”.

Qeyd edək ki, Jalə DÇ-də ukraynalı Alina Filipoviç (7:4), türkiyəli Sevim Akbaş (10:0), amerikalı Sofiya Makaluso (10:0) və yaponiyalı Ruka Natami (10:8) üzərində qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO