"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"la oyundan (1:2) sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Bizim.Media xəbər verir ki, o, deyib:
"Məncə, hamı üçün maraqlı oyun oldu. Sadəcə, bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər. Mənim üçün bəzi sürprizlər də, yaxşı cəhətlər də oldu. Oyunçulara təşəkkür edirəm.
Bəzi məsələləri yəqin ki, görənlər qiymətləndirib, təhlil edəcəklər. Qapımıza vurulan ilk qol epizodu, oyunun son iki dəqiqəsində olmayan cərimələr müzakirə mövzusudur. Mən hakimlərin ədalətinə inanmıram".
Qeyd edək ki, ötən gün Misli Premyer Liqasında 11-ci tura start verilib. "Turan Tovuz" "Kəpəz"i sınağa çəkib. Tovuz təmsilçisi son dəqiqə qolu ilə qələbə qazanmağı bacarıb. Qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:42 / 26.10.2024
"Mən hakimlərin ədalətinə inanmıram" - Azər Bağırov
Hazırda oxunan: "Mən hakimlərin ədalətinə inanmıram" - Azər Bağırov
Hazırda oxunan: "Mən hakimlərin ədalətinə inanmıram" - Azər Bağırov
217817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.