UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, azarkeşlə son oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.
Günün ən maraqla gözlənilən görüşü İspaniyada keçirilib. “Barselona” evdə “Bavariya”nı (Almaniya) 4:1 hesabı ilə məğlub edib.
“Mançester Siti” komandası isə doğma meydanda Çexiya “Sparta”sının qapısında 5 cavabsız top keçirib.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi
III tur
“Atalanta” (İtaliya) - “Seltik” (Şotlandiya) - 0:0
“Brest” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya) - 1:1
“Mançester Siti” (İngiltərə) - “Sparta” (Çexiya) - 5:0
“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə) - 0:1
“Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) - 4:1
“Atletiko” (İspaniya) - “Lill” (Fransa) - 1:3
“Benfika” (Portuqaliya) - “Feyenoord” (Niderland) - 1:3
“Zaltsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
“Yanq Boys” (İsveçrə) - “İnter” (İtaliya) - 0:1
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin IV turuna noyabrın 5-də start veriləcək.
Bizim.Media