“Siti” çempion olsa, “Mançester Yunayted” mənə bonus verməlidir” - Joze Mourinyo

“Siti” çempion olsa, “Mançester Yunayted” mənə bonus verməlidir” - Joze Mourinyo

Hazırda oxunan: “Siti” çempion olsa, “Mançester Yunayted” mənə bonus verməlidir” - Joze Mourinyo

217505

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo sabiq komandası "Mançester Yunayted"dən bonus almaq şansı olduğunu bildirib.

Bizim.Media "Sky Sports"a istinadən xəbər verir ki, o, deyib: 
 

"Düşünürəm, bizim hələ də çempion olmağa şansımız var. Çünki Premyer Liqa "Mançester Siti"ni cəzalandırsa, xallarını alsa, biz 2017/18-ci ilin çempionu olacağıq. Bu halda onlar mənə bonus və medal göndərməlidirlər". 


J. Mourinyo həmçinin klubdan yaxşı hisslərlə ayrıldığını və sabiq komandasına uğurlar arzuladığını qeyd edib.

Qeyd edək ki, bu ili fevral ayında İngiltərə Premyer Liqası "Mançester Siti"ni 2009-dan 2018-ci ilə qədər maaliyyə məlumatlarını yanlış çatdırmasında günahlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO