"Real"ın bu futbolçuları "El-Klassiko"nu buraxacaqlar

"Real"ın bu futbolçuları "El-Klassiko"nu buraxacaqlar

Hazırda oxunan: "Real"ın bu futbolçuları "El-Klassiko"nu buraxacaqlar

217467

"Real"ın futbolçuları Rodriqo Qoes və Tibo Kurtua zədələnib.

Bizim.Media xəbər verir ki, 23 yaşlı hücumçu və 32 yaşlı qolkiper Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə matçda sıradan çıxıblar.

"Relevo"nun yaydığı məlumata görə, hər iki oyunçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Kurtua və Rodriqonun La Liqanın 11-ci turunda "Barselona" ilə oyunu buraxacaqları dəqiqdir. 

Klubun yaydığı açıqlamaya görə, Kurtua La Liqada "Valensiya" ilə, Çempionlar Liqasında "Milan"la matçlarda da iştirak edə bilməyəcək. 

Qeyd edək ki, "Real" - "Barselona" matçı oktyabrın 26-da, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO