Azərbaycan klubundan BAHALI ANLAŞMA - Türkiyədən gətirilir

Azərbaycan klubundan BAHALI ANLAŞMA - Türkiyədən gətirilir

Hazırda oxunan: Azərbaycan klubundan BAHALI ANLAŞMA - Türkiyədən gətirilir

217105

«Turan Tovuz»la Türkiyə şirkəti arasında anlaşma əldə olunub.

 

Razılaşmaya əsasən, həmin firma Tovuz şəhər stadionunda işıqlandırma sistemi quracaq.

 

Texniki avadanlığın gələn ayın sonunadək Azərbaycana gətirilməsi nəzərdə tutulur. Bunun üçün qarşı tərəfə 500 min dollardan artıq vəsaitin ödəniləcəyi deyilir.

 

Dörd proşektorun quraşdırılmasına iyundan başlanacaq. Dirəklər isə Bakıda sifariş olunub.

 

Ümumiyyətlə, əyalət klubunun yeni himayədarı Ehtiram Quliyev bu işlərinə görülməsinə 1 milyon manata yaxın vəsait ayırıb.

 

Tanınmış iş adamının daha öncə elektron tablonun alınmasına 35-40 min manat civarında xərc çəkməsini xatırldaq.

 

SPORTİNFO.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO