Türkiyənin "Qalatasaray" klubu Yunus Akgünü uzun müddət komandada saxlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı vingerin müqaviləsinin müddətini uzadacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qalatasaray" türk futbolçu ilə 4 illik yeni sözləşmə imzalamağa hazırlaşır. "Sarı-qırmızılar" Yunusun illik maaşını 50 milyon TL-yə yüksəldəcək. Yaxın müddətdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol vurub. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media