Azərbaycan Kuboku: “Dinamo” növbəti mərhələyə çıxdı

Azərbaycan Kuboku: “Dinamo” növbəti mərhələyə çıxdı

Hazırda oxunan: Azərbaycan Kuboku: “Dinamo” növbəti mərhələyə çıxdı

216023

Futbol üzrə Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Füzuli"ni qəbul edib. 

Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində "Dinamo" növbəti mərhələyə vəsiqə qazanıb. II Liqa təmsilçisi bu raundda "Səbail"lə qarşılaşacaq.

“Dinamo” – “Füzuli” - 4:0

Qollar: Ə.İsayev, 38, 77, R.Əhmədov, 80, V.Seyidov, 90+2

Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO