Azərbaycan - Slovakiya oyunu BAŞLADI

Azərbaycan - Slovakiya oyunu BAŞLADI

Hazırda oxunan: Azərbaycan - Slovakiya oyunu BAŞLADI

216019

UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan millisi Slovakiya ilə oyuna bu heyətlə çıxır


Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda Slovakiya ilə qarşılaşır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayıb.

Komandalar arasında sentyabrda Slovakiyada keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə (1:3) və Estoniyaya da (1:3) uduzub. Azərbaycan milıisi qrupda xalı olmayan yeganə komandadır.
 

Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


14 oktyabr

UEFA Millətlər Liqası

4-cü tur, C Liqası, I Qrup

20:00. Azərbaycan - Slovakiya - 0:0 (Birinci hissə)

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22:45. Estoniya - İsveç

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO