İngiltərə Finlandiya yığmasını məğlub etdi - VİDEO

İngiltərə Finlandiya yığmasını məğlub etdi - VİDEO

Hazırda oxunan: İngiltərə Finlandiya yığmasını məğlub etdi - VİDEO

215892

Finlandiya və İngiltərə millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının B Liqasının II qrupunun IV turunun oyunu başa çatıb.

Bizim.Media xəbər verir ki, komandalar Helsinkidəki (Finlandiya) Olimpiya Stadionunda qarşılaşıblar. Matçı Georgi Kruaşvilinin (Gürcüstan) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. İngiltərə yığması 3:1 hesabı ilə qalib gəlib.

18-ci dəqiqədə İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Anhel Qomesin köməyi ilə hesabı açıb. Daha sonra müdafiəçi Trent Aleksander-Arnold 74-cü dəqiqədə qonaqların fərqini artırıb. Yarımmüdafiəçi Deklan Rays Olli Uotkinsdən ötürmə alaraq hesabı artırıb. Üç dəqiqə sonra müdafiəçi Arttu Hoskonen meydan sahiblərinin 1 qoluna imza atıb.

B Liqasının II qrupunda həmçinin Yunanıstan və İrlandiya yığmaları da çıxış edirlər.

UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir. Sonuncu püşkatmanın finalında ispanlar Xorvatiya millisinə 0:0 (5:4 pen.) hesabı ilə qalib gəliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO