Toni Kroos məşqçilik kurslarına yazıldı

Toni Kroos məşqçilik kurslarına yazıldı

Hazırda oxunan: Toni Kroos məşqçilik kurslarına yazıldı

215766

“Real” və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos UEFA-nın məşqçilik kurslarına yazılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. 

34 yaşlı sabiq yarımmüdafiəçinin məşqçi olmaq istəyində əmin olmadığı bildirilir. Lakin o, indidən bu işə hazırlaşır. Sözügedən kurslar “Real”ın dəstəyi ilə keçirilir. 

Qeyd edək ki, Toni Kroos bu yay karyerasını bitirib. O, “Real”, “Bavariya”, “Bayer” kimi klublarda oynayıb. Kroos karyerası ərzində 6 dəfə Çempionlar Liqası, 6 dəfə Superkubok və 1 dəfə dünya çempionatının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO