Azərbaycan Kubokunda yeni mövsümə START VERİLİR

Azərbaycan Kubokunda yeni mövsümə START VERİLİR

Hazırda oxunan: Azərbaycan Kubokunda yeni mövsümə START VERİLİR

215687

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO