Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ"ın açıq məşqində iştirak etdikdən sonra media nümayəndələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, o, Azərbaycana səfəri haqda danışıb: "Çox danışmağı sevmirəm. Çox şadam ki, buradayam. Türkiyədə "Mesut Özil İdman Akademiyası" açacağıq.
Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burada azarkeşlər məni sevindirdi. Dəstəyə görə təşəkkür edirəm. Çox qürurlandım".
M. Özil Azərbaycanda klub almaq fikri olmadığını bildirib:
"Mənim məqsədim gənc nəsillərə toxunmaqdır. Həm Türkiyədə, həm Azərbaycanda dini, sevgini, qayğını, bərabərliyi öyrədərək gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik. Onlar Arda Gülər kimi Avropada böyük klublarda oynamalıdırlar, özlərini və ölkələrini layiqli şəkildə təmsil etməlidirlər. Hər şeyi Allah bilər".
O, "Qarabağ" - "Arsenal" matçını xatırlayıb:
"Həmin oyun yadımdadır. Tam xatırlamıram. Atmosfer də əla idi. Hər zaman burada məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Daha əvvəl də Azərbaycana gəlmişdim".
36 yaşlı sabiq yarımmüdafiəçi digər tanınmış futbolçuların akademiyalarının uğursuz olduğunu şərh edib:
"Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika hər şeyi göstərir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır".
O, bu işdə "Qarabağ"la işləməyəcəyini bildirib:
"Bu, müstəqil layihədir. İstanbulda, daha sonra Azərbaycanda olacaq. Tək Bakıda yox, Azərbaycanda".
M. Özil Ağdam təmsilçisini izlədiyini bildirib:
"Əlbəttə ki izləyirəm. "Qarabağ"a qarşı da oynamışam. Onlara qalib gəldik, edəcək bir şey yoxdur(gülür)".
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 12.10.2024
"Gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik" - Mesut Özil
Hazırda oxunan: "Gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik" - Mesut Özil
Hazırda oxunan: "Gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik" - Mesut Özil
215664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.