Azərbaycan bu oyunlara ev sahibliyi EDƏCƏK

Azərbaycan bu oyunlara ev sahibliyi EDƏCƏK

Hazırda oxunan: Azərbaycan bu oyunlara ev sahibliyi EDƏCƏK

215581

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək. 

Bizim.Media xəbər verir ki, 24 və 25 may tarixlərində Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. 

Bu millilər arasında kişilərdən və qadınlardan ibarət yığmalarımız da iştirak edəcəklər. 

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO