"İnanıram ki, vətənə 3 xalla qayıdacağıq" - Abbas Hüseynov

"İnanıram ki, vətənə 3 xalla qayıdacağıq" - Abbas Hüseynov

Hazırda oxunan: "İnanıram ki, vətənə 3 xalla qayıdacağıq" - Abbas Hüseynov

215479

Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Tallində keçiriləcək Estoniya ilə oyun üçün təşkil olunan mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, 28 yaşlı müdafiəçi səfərdən 3 xalla qayıdacaqlarına inandığını bildirib: 

"Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, qələbə qazanıb, vətənə 3 xalla qayıdacağıq".

O, uzunmüddətli zədədən qayıtmasından da danışıb: "Çalışıram ki, optimal formama yaxın olum. Əvvəlkindən də daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha da yaxşı olacağam".

Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO